“Çətin olacağını bilirdik. Buna görə də bir az taktikamızı dəyişdik. Bu da bizə kömək oldu” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Masaki Murata deyib.

Yaponiyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 31-ci turunda səfərdə “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Düşünürəm ki, birinci hissədə iki qol vurmağımız əla idi. Bu da bizim qələbə qazanmağımızda rol oynadı. Qarşıda 5 matçımız var. Bundan istifadə etmək istəyirik. Avrokuboklara gedə bilərik. Ancaq hazırda yalnız qarşıdakı oyunu düşünürük. Bir ay sonra nə baş verəcəyini indidən demək olmaz. Biz sadəcə, bacardığımızı ortaya qoyuruq”.

Shares: