Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında 4-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb.

Hesabat turunda Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı 4-cü turu qələbəylə başa vurub.

Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) – 1:0
Alisiya Sliviçka (Polşa) – Günay Məmmədzadə – 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) – 1:0
Ellen Frederisiya Nilssen (Norveç) – Xanım Balacayeva – 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) – Ayan Allahverdiyeva – 0,5:0,5
Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) – 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) – 1:0
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) – 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) – Ləman Hacıyeva – 0,5:0,5
Şlomit Vardi (İsrail) – Nərmin Abdinova – 0,5:0,5

Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşür. Bu gün keçiriləcək 5-ci turda Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.

Shares: