Lautaro Martines “İnter”də qalacaq. Argentinalı hücumçu çoxsaylı təkliflərə rəğmən, Milan klubu ilə müqaviləsinin müddətini uzatmağa qərar verib.

Futbolinfo.az xəbər verir ki, 2026-cı ilin yayınadək anlaşması olan forvard müddəti daha 3 illik uzatmağa razılaşıb. 26 yaşlı Martines bununa İngiltərə klublarından gələn dəvətləri rədd etmiş olur.

Komandanın A Seriyasında çempionluğu qazanmasında önəmli rol oynayan Lautaronun maaşı da artırılacaq.

Shares: