17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
U-17 mayın 1-də Minskə yollanacaq. Komanda mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyədən olan həmyaşıdları ilə üz-üzə gələcək.
Millimizin heyəti belədir:
- Firuzə Bayramova – Dinamo Balakən
- Nərgiz Ağaliyeva – Baku Sportinq
- Aygün Novruzova – Sabah
- Arzu Cəfərova – Baku Sportinq
- Xanım Əsədova – Sabah
- Bədriyyə Mövludova – İnter Xaçmaz
- Ayşən Salamzadə – Neftçi
- Adelina Ağayeva – Sabah
- Səma Əsədova – Neftçi
- Ella Əmirova – Baku Sportinq
- Cennet Hüseynova – Neftçi
- Aysu Əsədova – Sabah
- Aylin Kərimova – Neftçi
- Tərgül Qəniyeva – Sabah
- Məhsumə Vahabzadə – Sabah
- Elizaveta Vaysman – İnter Xaçmaz
- Arzu Ağaliyeva – Baku Sportinq
- Günay Sultanlı – Sabah
- Mehri Məmmədzadə – Sabah
- Zeynəb Əsgərzadə – Baku Sportinq