İki dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin çempionu, dünya reytinqinin üçüncüsü olan ispaniyalı tennisçi Karlos Alkaras “Laureus World Sports Awards”da şərəfli missiyalardan birini yerinə yetirib. O, 2023-cü il üçün “İlin sıçrayışı” mükafatını “Real”ın 20 yaşlı ingilis yarımmüdafiəçisi Cud Bellinqemə təqdim edib.
“İlin sıçrayışı” mükafatı uğrunda Bellinqemlə aşağıda adları qeyd edilən idmançılar yarışıblar:
Amerikalı tennisçi Kori Qauff;
Kolumbiyalı futbolçu Linda Kaysedo;
Britaniya idmançısı Coş Kerr;
İspan futbolçu Salma Paralluelo;
Çinli üzgüçü Qin Haiyang.
Qaydalara əsasən, “Laureus” nominasiyasının üzvləri 70-dən çox ölkədən olan 1000-dən artıq idman jurnalisti tərəfindən səsvermə yolu ilə formalaşır. Bundan sonra isə “Laureus Dünya İdman Akademiyası” qısa siyahıdan qalibləri seçir.