Cud Bellingem “Real”da oynamaqdan məmnundur. Karyerası barədə danışan İngiltərə millisinin üzvü çoxlu titul qazanmaq niyyətini gizlətməyib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Madridə keçməsini ən doğru addım sayır: “İndiyə qədər atdığım ən doğru addım “Real”la müqavilə imzalamağımdır. Nə yaxşı ki, məhz bu klubu seçdim”.

Ötən yay Dortmund “Borussiya”sından transfer edilən Bellingem geridə qalan həftənin möhtəşəm alındığını deyir. Belə ki, “Real” “Mançester Siti” səddini keçərək Çempionlar Liqasının yarımfinalına yüksəldi, eyni zamanda “Barselona”nı məğlub edərək La Liqada çempionluğa doğru həlledici addımı atdı: “Möhtəşəm həftə keçirdik. Doğrusu, həm də yorucu oldu. “Real”la və İngiltərə yığması ilə xeyli titul qazanacağıma ümid edirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp