Argentina millisinin sabiq futbolçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən təcili xəstəxanaya yerləşdirilib.
Futbolinfo.az xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu gecəni xəstəxanada keçirib.
O, burada əlavə testlər verməlidir. Hazırda Tevesin durumunun qənaətbəxş olduğu bildirilib.
Teves İngiltərədə “Mançester Yunayted” və “Mançester Siti”, İtaliyada “Yuventus”un uğurları üçün çalışıb.