“Atletik”in əfsanələrindən birinə çevrilən İker Munyain Bailbao klubunu tərk edir. 31 yaşlı yarımmüdafiəçi qərarını rəsmən açıqlayıb.

Futboinfo.az xəbər verir ki, Munyainin müqaviləsi car mövsümün sonunda başa çatacaq. Klub ona yeni anlaşma təklif etsə də, müsbət cavab almayıb.

“Atletik”də yetişən İker 19 ilini burada keçirib. O, son 15 mövsümdə əsas heyətin dəyişməz üzvlərindən olub.

Munyainin bundan sonra hansı addımı atacağı bəlli deyil. Onun karyerasını bitirəcəyi, yoxsa digər kluba gedəcəyi barədə məlumat verilmir.

Shares: