Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində mükafatçılar sırasına düşüb.
Futbolinfo.az xəbər verir ki, yığma üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3:0 hesabı ilə qalib gələrək pley-offa lider kimi vəsiqə qazanıb.
1/8 finalda belçikalı Noa Varranda 3:1, ardınca ispaniyalı Ladimir Mayorova 3:2 hesabı ilə qalib gələn Quluzadə yarımfinalda fransalı Nolan Constona 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.
Qeyd edək ki, bu, idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.