Yayda “Milan”ın heyətində ciddi dəyişikliklər olacaq. Rəhbərlik baş məşqçi Stefano Pioli ilə yanaşı bir neçə futbolçu ilə də yolları ayıracaq.
Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, 40 yaşlı qapıçı Antonio Mirante, müdafiəçi Simon Kyaer və hücumçu Olivye Jiru “Milan”ı tərk edəcək. Sonuncu MLS klublarından “Los-Anceles”lə anlaşıbsa, digərlərinin aqibəti bəlli deyil. Elə Milan Yoviçin klubda qalıb-qalmayacağı da sual altındadır.
Heyəti yeniləməyi düşünən “rossonyerlər” gənc futbolçularından da birini itirə bilər. Belə ki, Malik Tşau “Real”ın hədəfinə düşüb. Madridlilər 22 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro ödəməyə hazırdır. Qərar mövsüm butdikdən sonra veriləcək.