İtaliya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu finalçının adına “Atalanta” – “Fiorentina” matçında aydınlıq gəlib.
Bu komandalar arasında Florensiyada baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər. Cavab qarşılaşmasında darmadağına sevinən “Atalanta” finala yüksəlib.
Daha öncə “Yuventus” “Latsio”nu mübarizədən kənarlaşdırmaqla finala yüksəlmişdi.
Beləliklə, mayın 15-də keçiriləcək finalda “Atalanta” “Yuventus”la qarşılaşacaq.
İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel
Latsio – Yuventus 2:1
Qollar: Kastelyanos 12; 49 – Milik, 83.
İlk oyun – 0:2.
24 aprel
Atalanta – Fiorentina 4:1
Qollar: Kopmeyners, 8. Skamakka, 75. Lukman, 90+4. Paşaliç, 90+8 – Kuarta, 68.
İlk oyun – 0:1.