“Bayern” yeni baş məşqçisinə qovuşmaq üzrədir. Yayda Tomas Tuhellə vidalaşacaq münhenlilər tanış sima ilə razılığa gəlib.
Futbolinfo.az Almaniya mətbuatına istinadla xəbər verir ki, Ralf Ranqnik Bundesliqaya qayıdır. Hazırda Avstriya millisinə rəhbərlik edən mütəxəssis Avropa Çempionatı bitən kimi klub karyerasını bərpa edəcək. Hazırda tərəflər şəxsi müqavilənin detallarını müzakirə edir. Ranqnik eyni zamanda klubun uzunmüddətl layihəsinə əmin olmaq istəyir.
Avstriya Futbol Federasiyasının direktoru Peter Şöttel də xəbəri təsdiqləyib: “Bayern” kimi klub qapını döydükdə iki dəfə düşünmək istəyi başadüşüləndir. Münhenlilərin rəsmi müqavilə təklifi, məşqçinin millidən kluba yollanması üçün veriləcək son tarix – bütün bunlar önəml məqamlardır. Qərarın iki həftə ərzində verilməsi gözlənilir”.
65 yaşlı mütəxəssis uzun müddət müxtəli Almaniya klublarında, o cümlədən “Şalke” və “Leypsiq”də işləyib. Son klubu 6 ay işlədiyi “Mançester Yunayted” olan Ranqnik 2022-ci ildən çalışdırdığı Avstriya millisini Avropa Çempionatının final mərhələsinə yüksəldib. Onun mövcud müqaviləsi iki ildən sonra başa çatacaqdı.