“Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf azərbaycanlı hücumçu Musa Qurbanlının heyətə düşə bilməməsinə münasibər bildirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis 22 yaşlı forvardın çətin duruma düşdüyünü etiraf edib: “İştirak ərizəsinə düşməməyin onun çətin olduğu aydındır. Ardıcıl iki oyundur komandadan kənarda qalmaq acınacaqlı vəziyyətdir. Yalnız 20 oyunçunu heyətə salmağın acınacaqlı yeri budur. Bu, rəqabətli bir vəziyyət olacaq və sonra seçim etməliyik. Ehtiyat oyunçular skamyasında üç hücumçumuz, üstəlik, bir neçə hücumameyilli yarımmüdafiəçimiz var. Kənarda qalmaq hər kəs üçün çətindir”.

İsveç klubunun çalışdırıcısı Qurbanlının özünü toparlayacağına inanır: “Hazırda Musanın bir az depressiyaya düşdüyü hiss olunur. Oyun təqviminin sıx olması kənarda qalanlar üçün mənfi haldır. Bir həftə tam məşq edəndə fərqi hiss edirsən. Qurbanlının bu durumdan çıxacağına əminəm. Çətin vəziyyətdə olduğunu başa düşürəm. Bunda hamımız onunla birlikdə əziyyət çəkirik”.

Qeyd edək ki, Musa Qurbanlı İsveç çempionatının 2024 mövsümündə cəmi 1 oyunda iştirak edib.

Shares: