Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb. Bu, turnirin yarımfinal mərhələsində gerçəkləşib.

Raundun 4 matçında qapılara 14 qol vurulub, bu isə yarış tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/1995 və 2008/2009 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldır. 2021/2022 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə” ilə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb. İyunun 2-də final matçında “Zirə” və “Qarabağ” komandaları üz-üzə gələcəklər.

Shares: