“Qəbələ” klubunun futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.

Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

Shares: