“Real”ın qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.

Futbolinfo.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.

İtaliyalı mütəxəssis belçikalı oyunçunun La Liqanın 34-cü turunda, “Kadis”lə matçda iştirak edə biləcəyini söyləyib.

“Real” – “Kadis” qarşılaşması mayın 4-də baş tutacaq.

Kurtua cari mövsümdə zədə səbəbindən meydana çıxa bilməyib. O, son rəsmi görüşünü 2023-cü il iyunun 17-də Belçika yığmasının heyətində Avstriyaya qarşı keçirib.

Shares: