“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Barselona”da təcrübə proqramı davam edir.
Futbolnfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində “Barselona” Akademiyasının – “La Masiya”nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.
Abasov səfər çərçivəsində, həmçinin, “Barselona” B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.
“Sumqayıt”ın çalışdırıcısı ötən gün “Barselona”nın əsas komandasının məşqini izləyib və klubun prezidenti Xuan Laporta ilə də görüşüb.