“Red Bull”un texniki departamentinin rəhbəri Edrian Nyui komanda rəhbərliyinə getmək istəyini bildirib. Bu barədə əvvəlcə “Auto Moto und Sport”, ardınca da BBC məlumat verib.

Nyui 2006-cı ildən Avstriya komandasındadır. “Formula 1 tarixinin ən dahi konstruktoru komandadan gedir”, – deyə BBC qeyd edib.

Məlumata görə, Nyuinin gedişinin səbəbi komanda daxilində intriqalardır. Onun “Red Bull”la gələn ilin sonuna qədər müqaviləsi var.

Xatırladaq ki, son vaxtlar dahi mühəndislə “Ferrari” komandası ciddi şəkildə maraqlanır.

Shares: