AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda II Liqanın 22-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Cəbrayıl” – “Baku Sportinq” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” klubu 80 manat cərimə edilib.

“Kürmük Qax” – “Sheki City” oyununda “Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilib.

“Kürmük Qax” – “Sheki City” oyununda təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilirb. Analoji halın təkrar yaşanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə “Kürmük Qax” klubuna xəbərdarlıq edilib.

“Kürmük Qax” – “Sheki City” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Kürmük Qax” klubu 80 manat cərimə edilib.

“Kür-Araz” – “Ağdaş” oyununun 49-cu dəqiqəsində “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Ağdaş” klubu 400 manat cərimə edilib.

“Kür-Araz” – “Ağdaş” oyununun 86-cı dəqiqəsində “Ağdaş” klubunun 17 nömrəli futbolçusu Ramal Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Ağdaş” klubu 50 manat cərimə edilib.

“Kür-Araz” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” klubu 70 manat cərimə edilib.

“Qusar” – “Şəfa” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 70 manat cərimə edilib.

“Dinamo” – “Şahdağ Qusar” oyununun 85-ci dəqiqəsində “Dinamo”nun 7 nömrəli futbolçusu Fərid Eyvazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Dinamo” klubu 150 manat cərimə edilib.

“Dinamo” – “Şahdağ Qusar” oyununun 89-cu dəqiqəsində “Dinamo” klubunun 22 nömrəli futbolçusu İman Müseyibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” klubu 50 manat cərimə edilib.

“Dinamo” – “Şahdağ Qusar” oyununun 19-cu dəqiqəsində “Şahdağ Qusar” klubunun 12 nömrəli futbolçusu Rafiq Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 80 manat cərimə edilib.

Shares: