Yayda heyətinə əl gəzdirməyi düşünən “Çelsi” satacağı futbolçuları müəyyənləşdirib. Mövsümü uğursuz keçirən londonlular büdcə yükünü yüngülləşdirmək üçün Rahim Sterlinq və Mark Kukurelyanıyola salmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, bu iki oyunçuya Səudiyyə Ərəbistanından dəvət var. Danışıqlar uğurla nəticələnsə, cütlüyün satışından 70 milyon avro əldə etmək mümkün olacaq.

2022-ci ildə “Mançester Siti”dən 56 milyon avroya transfer edilən Sterlinqin “zadəganlar”la daha 3 illik müqaviləsi var. 29 yaşlı Yamayka əsilli hücumçu özü də “Çelsi”dəki durumundan narazıdır.

Kukurelya isə “Brayton”dan 65 milyon avroya alınmışdı. Ötən 2 ildə sabit çıxış etməyən 25 yaşlı ispanın müqavilə müddəti 2028-ci ildə bitəcək.

Shares: