“Lester” İngiltərə Premyer Liqasına yüksəlib. Komanda bir mövsümlük fasilədən sonra yenidən ən güclülərlə yarışacaq.

Futbolinfo.az xəbər verir ki, mövsüm ərzində böyük üstünlük qazanan “tülkülər” ikinci sıradakı “Lids”in KPR-ə 0:4 hesabıyla məğlub olmasından sonra elitaya vəsiqəni erkən təmin edib.

“Lester” 44 turdan sonra 94 xalla turnir cədvəlində birinci sıradadır. Mövsümün yekununa iki tur qalıb və “Lids”in birinci olması mümkünsüzdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp