Gürcüstanın Telavi şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk yarış günü keçirilib.
Futbolinfo.az xəbər verir ki, cüdoçularımız turnirin ilk günündə 1 qızıl və 2 bürünc medal əldə edib.
Yarışın ilk günündə Azərbaycan oğlanlar arasında 4 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunub.
Cüdoçularımız Məhəmməd Rüstəmli (-50 kq) qızıl medal, İlkin Qarayev (-55 kq) və Əli Hümbətov (-66 kq) bürünc mükafat qazanıb. Teymur Gülməmmədov (-50 kq) və Fəxri Sahibzadə (-66 kq) yarışı 5-ci yerdə tamamlayıb.