Polşa çempionatında 30-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Qornik”lə qarşılaşıb və 1:4 hesabıyla uduzub.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
LKS hazırda 21 xalla sonuncu pillədə qərarlaşıb.