“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm və onları təbrik edirəm. Komanda mübarizə apardı, döyüşdü. Üç xalı alın tərimizlə qazandıq. Yeni mərhələyə keçirik. Bizdən öndə olan rəqibi keçməyə çalışacağıq.
Rəhbərlikdən tutumuş, bütün işçilərə kimi hamının bu uğurda əməyi var. Hər kəs yumruq olaraq birləşdi. Bu gün bunun nəticəsini gördük. Bundan sonra yeni hədəflər var. Onlara doğru getməliyik.
“Qəbələ” barədə onu deyə bilərəm ki, bu klub Azərbyacan futboluna çox fayda verir. Burada olan infrastruktur ölkədə ən yaxşısıdır. “Qəbələ”də futbolun sirlərini öyrənən bütün uşaqlara yardım etməliyik. Məncə, “Qəbələ” Premyer Liqada qalmalıdır”.