Ronald Arauxo İngiltərəyə köçə bilər. “Barselona”nın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün satmağa hazırlaşdığı mərkəz müdafiəçisinə bir neçə müştəri tapılıb. Onlardan ən israrlısı “Mançester Yunayted”dir.

Futbolinfo.az xəbər verir ki, müdafiə baxımından işləri yolunda getməyən mançesterlilər 25 yaşlı uruqvaylı üçün təklif hazırlayır. Xarici mətbuata inansaq, oyunçuya vaz keçə bilməyəcəyi maaş, klubuna isə 80 milyon avro veriləcək. Düzdür, İspaniya klubu 100 milyon avro tələb edir, lakin tərəflərin ortaq məxrəcə gələcəyi gözlənilir.

6 ildir “Barselona” forması geyən oyunçunun müqaviləsi 2026-cı ilin yayına qədərdr. Klub maliyyə çatışmazlığı üzündən onunla anlaşmanı yeniləyə bilmir.

Shares: