Arne Slot “Liverpul” üçün işləməyə başlayıb. “Feyenoord”un baş məşqçisi hələ rəsmi müqavilə bağlamasa da, indidən yayda “sükanı arxasına” keçəcəyi İngiltərə klubunun transfer işlərini idarə edir.

Futbolinfo.az xəbər verir ki, mövsüm bitən kimi gedəcəyini açıqlayan Yürgen Kloppa xələf olacaq niderlandlı mütəxəssis Məhəmməd Salahın saxlanılmasını rəhbərlikdən xahş edib. Slot misirlinin komandanın lideri kimi qalacağını bildirib.

Məşqçinin əsas hədəfi müdafiə xəttinin gücləndirilməsidir. Arxa xəttin mərkəzinə yüksək səviyyəli oyunçu axtarışına başlanılıb. “Liverpul” bunun üçün böyük pullar xərcləməkdən çəkinməyəcək.

Slotun əsas məqsədi heyətin qorunması və daha bir neçə ulduzun alınmasıdır. O, mövsüm bitdikdən, “Feyenoord”u rəsmən “Liverpul”a dəyişdkdən sonra konkret namizədlərini göstərəcək.

Shares: