Minifutbol üzrə Azərbaycan çempionatında AZNUR komandası finala vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, yarımfinal mərhələsində “Real Bakı” komandası ilə ilk oyunda 2:2 hesabı ilə heç heçə edən baş məşqçi Rəcəb Fərəczadənin yetirmələri cavab oyununda rəqibə şans verməyiblər.

Oyun boyu üstünliyə tam yiyələnən AZNUR bu oyunda 6:2 hesabı ilə qalib gələrək ümumi nəticədə 8:4 hesabı ilə qalib gəlməklə finala vəsiqə qazanıb. Finalda komanda “Birbaşa Bakı” komandası ilə üz üzə gələcəklər.

AZNUR-un qolkiperi və kapitanı Nuri Fətiyevin bildirdiyinə görə finala vəsiqə qazanacaqlarına bütün komanda ilə inanırdılar:

“Real Bakı” ilə ilk oyunda komanda olaraq qalıb gəlmək üçün çox çalışdıq. Lakin ilk oyunda hesabın 2:2 qalması bizə cavab oyunu üçün böyük məsuliyyət yaratdı. Biz finala vəsiqə qazanmaq və 2018-ci ildə olan uğurumuzu təkrarlamaq istəyirik. Bütün komanda ilə buna hazırlaşırıq. Bu uğurda baş məşqçimiz Rəcəb Fərəczadənin böyük əziyyəti var. O, bizi sanki komputer kimi idarə edirdi. Futbolçularımız da cavab oyununda meydanda döyüşdülər. Bu da nəticədə özünü göstərdi. İndi bütün fikrimiz final oyununadır. Məqsədimiz 6 il bundan öncəki uğurumuzu təkrarlamaqdır. Final oyununda bunun üçün döyüşəcəyik”, deyə Nuri Fətiyev əlavə edib.

Məlumat üçün bildirək ki, minifutbol üzrə Azərbaycan çempionatının final oyunu may ayının 14-də keçiriləcək.

Shares: