“Çelsi”nin müdafiəçisi Tiaqo Silva cari mövsümün sonunda klubdan ayrılacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə 39 yaşlı müdafəçi klubun saytına açıqlamasında bildirib:
“Çelsi” mənim üçün çox şey deməkdir. Mən buraya cəmi 1 illik gəlmişdim, amma 4 ildir komandadayam. Bu klub təkcə mənim üçün deyil, ailəm üçün də önəmlidir. Oğullarım “Çelsi”də oynayır. Ona görə də “Çelsi” ailəsinin bir hissəsi olmaqdan çox qürur duyuram. Ümid edirəm ki, onlar karyeralarını burada, bir çox oyunçunun arzusu olan klubda davam etdirə biləcəklər.
Düşünürəm ki, 4 il ərzində komanda üçün əlimdən gələni etdim. Amma təəssüf ki, hər şeyin başlanğıcı, ortası və sonu var. Bəlkə də bu son deyil. Ümid edirəm ki, yaxın gələcəkdə fərqli bir vəzifəyə qayıtmağım üçün “Çelsi”nin qapısı mənə açıq olacaq. “Çelsi”yə olan sevgimi sözlərlə ifadə edə bilmirəm. Yalnız təşəkkür edə bilərəm. Ən adi şəraitdə belə klubla vidalaşmaq çətindir. Bu sevgi qarşılıqlı olduqda ayrılmaq daha da çətinləşir. Bir gün buraya qayıtmaq fikrindəyəm”.
Silva 2020-ci ildə azad agent kimi “Çelsi”yə keçmişdi. O, komanda ilə 151 oyuna çıxıb, Çempionlar Liqasını, klublararası dünya kuboku və UEFA Superkubokunu qazanıb.