Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” qarşılaşması meydan sahiblərinin qapıçısı Xəyal Fərzullayev üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, “Sumqayıt” akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu Premyer Liqada debüt matçını keçirib.

10 yaşından etibarən “Sumqayıt”ın üzvü olan Xəyal çıxdığı ilk çempionat oyununda qapısını toxunulmaz saxlamağı bacarıb.

Bu mövsüm “Sumqayıt”ın heyətində klubun daha bir yetirməsi – Sənan Muradlı da Premyer Liqada debüt edib.

Shares: