İspaniya çempionatında 33-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Xetafe” bu turda “Almeriya” üzərində 3:1 hesablı qələbəyə sevinib.
Bu qələbədə ingilis futbolçu Meyson Qrinvud dubla imza atmaqla pay sahibi olub. Bu qollarla ingiltərəli hücumçu karyerasında ilk dəfə bir mövsümdə 12 qol həddinə çatıb. Qrinvudun əvvəlki rekordu 2019/20 mövsümündə “Mançester Yunayted”də vurduğu 11 qol idi.
“Xetafe” İspaniya çempionatının növbəti turunda “Atletik”lə qarşılaşacaq.