Ergin Ataman Avroliqa tərəfindən cərimə edilib. Türkiyəli mütəxəssis 35 min avro ödəməli olacaq.
“Makkabi” ilə seriyanın ilk oyunundan sonra “Panatinaikos”un baş məşqçisi hakimlər haqqında narazılığını ifadə etmiş , habelə siyasi mövzulara da qarışmışdı. Bundan başqa , Ergin Ataman ünvanına gələn hədələri də açıq şəkildə bəyan etmişdi.
Avroliqa araşdırma apararaq mütəxəssisi hakimlərə qarşı şikayətə görə 30 min, media qarşısında uyğun olmayan ifadələrə görə isə 5 min avro cərimə edib. Yunanıstan klubu da 30 min avro cərimə alıb.
Xatırladaq ki, seriyada hesab 1:1-dir. Üçüncü qarşılaşma bu gün Bakı vaxtilə saat 21:00-da başlayacaq.