Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının başlamasına bir gün qalıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə keçirəcəyi yarışın təşkilatı işləri artıq başa çatıb. Mingəçevir şəhəri ənənəvi reqataya hazırdır.

Şəhərin mərkəzi küçələri reqatada iştirak edəcək ölkələrin bayraqları ilə bəzədilib. Lazımı təmizlik-abadlıq işləri aparılıb.

Sakinlər hər il təşkil edilən “Prezident Kuboku”nun şəhərdə əsl bayram ab-havası yaratdığını deyir. Ölkəmizdə avarçəkmə idmanının vətəni sayılan Mingəçevirdə hər kəs yarışların başlamasını gözləyir.

Yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması təşkil olunacaq reqataya xüsusi rəng qatır.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. “Prezident Kuboku” reqatasına atəşfəşanlıqda yekun vurulacaq.

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim-planına daxil edilib.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

32eb8b6f e4be 4102 8008 e4b017197fd5 - Futbolinfo.az
56673fde 7d0d 4249 8865 527017f05585 - Futbolinfo.az
70213a03 587e 4d74 820e e5810755b4bb - Futbolinfo.az
23e3f8e6 2e27 40ec 9909 3f3426918f8f - Futbolinfo.az
Shares: