“Red Bull” komandasının direktou Kristian Hornerin təkziblərinə baxmayaraq, Maks Ferstappenin “Mersedes”lə danışıqlar aparması şayiələri səngimək bilmir.

Avstriya mətbuatının məlumatına görə, Mayamidə tərəflər arasında danışıqlar baş tutacaq. Hazırkı dünya çempionuna uzunmüddətli müqavilə təklif ediləcək. Buna əsasən, niderlandlı sürücünün illik qazancı 150 milyon avroya çatacaq.

Şayiələrə görə, Almaniya komandası nəinki Ferstappenin özünə, hətta onun məsləhətçisi Helmut Markoya da iş təklifi edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp