Braziliyalı sabiq futbolçu Ronaldo Nazario sahibi olduğu klublardan imtina edir. O, artıq ilk addımı atıb.

Futbolinfo.az xəbər verir ki, vətənində “Kruzeyro”nun sahibi olan Ronaldo bu klubu 109 milyon avroya satıb. Alıcıların kimliyi açıqlanmasa da sabiq hücumçunun bu klubla vidalaşdığı dəqiqdir.

“Fenomen” “Valyadolid”lə də bağlı eyni addımı atacaq. O, İspaniya klubunu da satışa çıxartdığının anonsunu verib. “Yekədiş” bu sahədən ramamilə uzaqlaşmaq istəyir.

Shares: