Ötən gün Fahrudin Omeroviçi istefaya göndərən “Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
2023-cü ildən “Konyaspor”un idman direktoru vəzifəsində işləyən Ali Çamdalı komandanın müvəqqəti baş məşqçisi təyin olunub. O, cari mövsümün sonunadək “Konyaspor”u çalışdıracaq.
40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində 2013-2018-ci illərdə və 2019-cu ildə “Konyaspor”da oynayıb. O, bu komandanın kapitanı olub. Həmçinin Ali Çamdalı “Borussiya” (Münhenqladbax), “Bayer”in ehtiyat komandası, “Kayserispor”, “Kocaelispor”, “Orduspor”, “Rizespor” və “Manisa”da da çıxış edib.