“İlk hissədə müdafiə olunmalı idik, amma bunu gözlədiyim intensivliklə edə bilmədik. İkinci hissədə rəqib önə keçdi. Ancaq daha yaxşı pressinq etməyə başladıq. Biz özümüzü çox rahat hiss edirdik, lakin optimal intensivliyə malik olmadıq. Belə bir vəziyyətdə rəqib tərəfindən mütləq cəzalandırılacaqsınız”. Bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında “Bayern” ilə 2:2 hesablı heç-heçə etdikləri ilk oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis Toni Kroosu fərqləndirib: “Onun sayəsində topa yaxşı sahib olduq və münhenlilər bu baxımından bizə çox təzyiq göstərmədi. Boş zonalar var idi. Onların yüksək müdafiə xətti ilə oynayacağını gözləyirdik ki, bunu da etdilər. Toni və Vinisusun sayəsində ilk qolu vurduq. Fantastik ötürmə, fantastik finiş”.
Ançelotti Münhendən oynamağın çətin olduğunu söyləyib: “Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq. Burada oynamağın nə qədər çətin olduğunu hamı bilir, çox az klub vurduğu qolla buradan ayrılır. La Liqada və Çempionlar Liqasında yaxşı vəziyyətdəyik. Biz finala çıxmağa çalışmalıyıq. Bunun üçün bütün imkanlar var”.