Basketbol üzrə Avroliqa turnirində seriyaların 3-cü oyunları keçirilib.
İsrailin “Makkabi” komandası Belqradda “Panatinaikos”u qəbul edib Seriyanın ilk oyununda qalib gələn “Makkabi” bu dəfə də qələbə qazanıb – 85:83. Qarşılaşma dramatikliyinə və ssenarisinə görə yadda qalıb. 3-cü periodda üstünlüyünü 18 xala çatdıran meydan sahiblərinin qələbəsinə şübhə olmadığı vaxtda dönüş baş verib. Yunanlar son periodda rəqibə tədricən yaxınlaşaraq hesabda tarazlığı bərpa ediblər. Lakin sona iki saniyə qalmış Lorenso Brauna qarşı fol həlledici olub. Onun cərimə atışları görüşün taleyini həll edib.Bu qələbədən sonra seriyada hesab 2:1 olub.
Digər cütlükdəki oyun overtayma qədər uzanıb. Ev üstünlüyünü itirən ”Barselona” qələbə qazanmaqla yenidən önə keçib – 82:80. Növbəti 4-cü oyun da Yunanıstanda keçiriləcək.