“Tottenhem”in hücumçusu Timo Verner zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Angelos Postekoqlu bildirib ki, almaniyalı forvard üçün mövsüm başa çatıb.

Postekoqlu Premyer Liqanın 35-ci turunun “Arsenal”la oyununda (2:3) ilk yarıda Verneri əvəzləyib. Forvard ilk hissədə zədələnərək, təcili olaraq meydanı tərk edib.

Verner “Leyptsiq”dən icarə əsasında “Tottenhem”də çıxış edir. Klub rəhbərliyi hələlik hücumçunu 17 milyon avroya alıb-almayacağına qərar verməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp