Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.
Futbolinfo.az xəbər verir ki, məşqlər baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Yığma turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.
Millimizin Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq.