Milli komandaların yenilənmiş FİFA reytinqi müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, yığmaların hazırkı məqama olan mövqeləri bəlli olub.
Əksər yığmalar kimi, Azərbaycan millisinin də mövqeyində dəyişiklik olmayıb. Buna səbəb aprelin 4-də açıqlanan son FİFA reytinqindən bəri komandamızın oyun keçirməməsidir. Milli hazırda 1,177.83 xalla 112-ci sırada qərarlaşır.
Cədvəldə irəliləmə və ya geriləmə də ola bilər. Bu, iyunun əvvəllərində keçiriləcək yoldaşlıq görüşlərinin nəticələrindən asılı olacaq. Hələ də yeni baş məşqçisi bilinməyən komandamızın iyunun 7-də Albaniya ilə Macarıstanda yoldaşlıq görüşü keçirəcəyi dəqiqdir. Toplanış çərçivəsində daha bir matçın baş tutması planlaşdırılır.
Növbəti FİFA reytinqi isə iyunun 20-də açıqlanacaq.
Qeyd edək ki, siyahıya son dünya çempionu Argentina (1,858) başçılıq edir. Fransa ikinci (1,840.59), Belçika (1,795.23) üçüncü pillədədir.