Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkib. “Siqnal İduna Park”da keçirilən matçın taleyini bir qol həll edib. Yekunda meydan sahibləri qələbəyə seviniblər.
Cütün taleyinə mayın 7-də Parisdə keçiriləcək cavab matçında aydınlıq gələcək.
Yarımfinalın digər ilk matçında Almaniya və İspaniya nəhəngləri – “Bayern” və “Real” heç-heçə oynayıblar – 2:2.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
1 may
“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:0
Qol: Fullkruq, 36.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.