Kriştianu Ronaldunun oynadığı “Əl Nəsr” ilə “Əl Halic” komandaları Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında üz-üzə gəlib. Ər-Riyadda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Ronaldu dubl edib. Seneqallı hücumçu Sadio Mane isə penaltidən fərqlənib.

Beləliklə, “Əl Nəsr” Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxıb. Turnirin həlledici oyununda Ronaldunun komandası “Əl Hilal”la qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp