İtaliya A Seriyasına vəsiqə qazanan ilk komanda məlum olub. B Seriyasının lideri “Parma” sona iki tur qalmış elitaya yüksəlməyi təmin edib.

36-cı turda “Bari” ilə heç-heçə edən komanda 3-cü sıradakı “Venetsiya” üçün əlçatmaz olub. “Parma” yeni mövsümdən İtaliya A Seriyasında mübarizə aparacaq.

B Seriyasında ikinci olan “Komo” 37-ci turda qələbə qazansa, elitaya yüksələn ikinci komanda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp