“Yaxşı oyun oldu, çox vacib qələbə qazandıq” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram deyib.

Moldovalı “çərçivə” qoruyucusu Misli Premyer Liqasının 32-ci turunda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Ümid edirəm ki, bu qələbə bizim komandaya özünəinam verəcək. İndi daha ciddi şəkildə növbəti oyunlara hazırlaşmaq vaxtıdır. Bunun üçün çalışmalıyıq və nəticələr əldə etməliyik”.

Avram növbəti turda “Sabah”a qarşı keçirəcəkləri matç barədə də fikirlərini bildirib: “Dəqiq bilmirəm ki, oyunun nəticəsi necə olacaq, amma qələbə üçün meydana çıxacağıq. Bizim təcrübəli məşqçi heyətimiz var. Onlar rəqibi analiz edib bizə məlumat verəcəklər. Əsas yaxşı hazırlaşmaqdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp