Ralf Ranqnik “Bayern”dən imtina edib. O, Avstriya millisinin baş məşqçisi kimi işinə davam edəcək.

Futbolinfo.az xəbər verir ki, alman çalışdırıcı Xabi Alonso və Yulian Naqelsmann kimi Münhen klubunun təklifini geri çevirib. Azarkeşlərin 65 yaşlı mütəxəssisin təyinatına qarşı olması da onun fikrinə təsir edib.

Xatırladaq ki, “Bayern” Tomas Tuhellə mövsümün sonunda yollarını ayırmaq qərarı verib. Münhenlilərin baş məşqçi axtarışı davam edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp