Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Conatan Batonun yeni komandası məlum olub.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futzalçı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

O, “Əl-İttihad”la bir illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baton son olaraq Braziliyada “Sport Resife” klubunda oynayıb.

Conatan Baton 2022-ci ildə Azərbaycan millisində çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp