Lionel Messi növbəti mükafatını alıb. Argentinalı dünya çempionu MLS-də aprel ayının ən yaxşı oyunçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, hücumçunun bu ada layiq görülməsinin səbəbi “İnter Mayami”dəki çıxışıdır. O, ötən ay meydana çıxdığı 4 matçda 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, ABŞ klubuna ötən il keçən Messi burada ilk belə uğurunu qazanır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp