“Benfika” mövsüm bitən kimi azı iki futbolçusunu itirəcək. Komandanın bir çox üzvünə təkliflər olsa da, Anhel di Mariya və Alvaro Fernandesin vidaya hazırlaşdığı dəqiqdir.
Futbolinfo.az xəbər verir ki, di Marya dostu Lionel Messinin yanına tələsir. “İnter Mayami” argentnalı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. Anhel azad agent olacağından transferə pul xərcləməyəcək MLS klubu, əvəzində ona yüksək maaş vəd edib. Di Mariya hələlik tərəddüd edir, amma Portuqaliya klubu ABŞ klubunun təklif etdiyi məbləği qarşılamaq gücündə deyil.
Alvaronu isə “Mançester Yunayted” almaq istəyir. İngiltərə klubu futbolçunun müqaviləsindəki 6 milyon avroluq sərbəstqalma maddəsindən yararlanmaq niyyətindədir.