Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu ada iki namizəd var.

Bunlar “Fiorentina”nın futbolçusu Mbala Nzola ilə “Olimpiakos”dan Ayub El Kaabidir.

Nzola doğma meydanda “Brügge”yə qalib gəldikləri (3:2) oyunda qələbə qolunun müəllifi olub. El Kaabi isə “Aston Villa”ya 4:2 hesabıyla qalib gəldikləri səfər matçında het-trikə imza atıb.

Qalib UEFA-nın saytında azarkeşlər arasındakı səsvermədən sonra müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp