Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Sərhədçi” və “Xəzri” komandaları ikinci oyuna çıxacaqlar.

Futbolinfo.az xəbər verir ki, bu görüşdən sonra yarımfinala yüksələcək daha bir komandanın adına aydınlıq gələ bilər.

Bunun üçün “Xəzri” klubu qələbə qazanmalıdır. Tərəflər arasında keçirilən ilk dueldən “Sərhədçi” məğlub ayrılıb – 64:98.

Yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə qazanır.

Ötən gün “Xırdalan” və “Neftçi” kollektivləri arasında ikinci dueldə 76:73 hesabı ilə qələbə qazanan birincilər yarımfinala adlayıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp